Yazını böyüt
Yazını kiçilt
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 83,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,2 dollar/barel azdır.
Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 82,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 81,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.